Azərbaycan Ağır Atletika Federasiyasında ilk istefa
01 aprel 2014 18:36 (UTC +04:00)

Azərbaycan Ağır Atletika Federasiyasında ilk istefa

İsgəndər Əsgərov Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru vəzifəsindən istefa verib. Bu barədə Lent.az-a Əsgərovun özü məlumat verib.

 

O, şəxsi istəyi ilə istefa ərizəsi yazaraq, federasiya prezidentinə təqdim etdiyini bildirib. Əsgərov 9 ağırlıqqaldıranımızın dopinq-testdən keçə bilməmələri səbəbindən cəzalandırılması və AAAF-ın 500 min dollar cərimələnməsindən sonra belə addım atmağa qərar verdiyini açıqlayıb. Lakin sabiq federasiya rəsmisi ətraflı danışmaqdan imtina edib.

 

Qeyd edək ki, İsgəndər Əsgərovun istefaya göndərilməsi barədə ilk xəbəri publika.az saytı yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006
avatar

Oxşar yazılar