Futbol üzrə Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində daha bir oyununun stadionu müəyyənləşib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın Lüksemburqla iyunun 7-də keçirəcəyi görüş “Bakcell Arena”da baş tutacaq.
Bu arena Bakının 8-ci km qəsəbəsində yerləşir. Ötən il istifadəyə verilmiş stadion əvvəlcə “8KM” adlandırılıb. Orada 22 sentyabr – 13 oktyabrda Azərbaycan təşkil olunmuş 17 yaşadək qızlar arasında dünya çempionatının 10-dan çox qarşılaşması oynanılıb. Lakin bu yaxınlarda stadion “Bakcell Arena”ya çevrilib.
Qeyd edək ki, Azərbaycan – Lüksemburq matçının başlanma vaxtı hələ açıqlanmır.