Azarkeşlər ”Portsmut”u aldılar
11 aprel 2013 15:02 (UTC +04:00)

Azarkeşlər ”Portsmut”u aldılar

Azarkeşləri İngiltərənin “Portsmut” futbol klubunu  alıblar. Lent. az-ın “The Guardian”a istinadən verdiyi məlumata görə, anlaşmanın dəyəri 3 milyon funtdan (4,6 milyon dollar) da çoxdur.

 

Fanatlar bu qədər vəsaiti bir neçə aya toplayıblar. Klub rəsmisi Trevor Benç komandanın azarkeşlərin mülkiyyətinə verilmə prosesinin ən yaxın vaxtlarda yekunlaşacağını bildirib.

 

Qeyd edək ki, “Portsmut”un əvvəlki sahibi rusiyalı biznesmen Vladimir Antonov olub. Klubun 2012-ci ilin əvvəlinə vergi borcu 2 milyard funt (3,1 milyard dollar) təşkil edib.

# 612
avatar

Oxşar yazılar