Mərakeşdə keçirilən FİFA klublararası dünya çempionatında maraqlı hadisə baş verib. Lent.az-ın məlumatına görə, Meksikanın “Kruz Azul” və İspaniyanın “Real” Madrid klublarının qarşılaşmasından sonra kral klubunun qapıçısı İker Kasilyas paltardəyişmə otağına gedən zaman bir azarkeş yaxınlaşaraq ondan şortikini istəyib. Adətən azarkeşlər futbolçulardan formalarını istəsələr də, bu dəfə əksinə olub. Kasilyas azarkeşin istəyini yerinə yetirərək şortikini əynindən soyunaraq ona verib.
Qeyd edək ki, “Real” “Kruz Azul”u 4-0 hesabı ilə məğlub edərək finala çıxıb. Bu gün baş tutacaq final görüşündə İspaniya nəhəngi Argentinanın “San Lorenso” klubu ilə qarşılaşacaq.