AZAL və “Neftçi” üçün sevimli baş hakim
12 fevral 2013 11:27 (UTC +04:00)

AZAL və “Neftçi” üçün sevimli baş hakim

 

Futbol üzrə Topaz Premyer Liqasında 4-cü turdan təxirə salınmış AZAL – “Neftçi” oyununa təyinatlar açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmaya baş hakim qismində FİFA referisi Fariz Yusifov göndərilir.

 

Ona Rza Məmmədovla Vaqif Musayev yan xətt hakimləri, Rauf Cabbarov isə ehtiyat hakim kimi yardımçı olacaq. Şüvəlandakı “AZAL Arena”da keçiriləcək görüş saat 16:00-da başlanacaq.

 

Qeyd edək ki, Fariz Yusifov XVI turda AZAL-la oyun zamanı “İnter”in təmiz penaltisini verməyib. Həmin görüş qolsuz tamamlanıb – 0:0. Növbəti turda isə Yusifov “Xəzər Lənkəran”la matçda rəqibi bilərəkdən vuran “Neftçi”nin futbolçusu Flavinyoya qırmızı vərəqə göstərməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603
avatar

Oxşar yazılar