Bakı 2015 Avropa Oyunları sərnişin daşıma şirkəti olan Azərbaycan Hava Yolları (AZAL) ilə rəsmi tərəfdaşlıq barədə müqavilə bağlanmasını bəyan edib. Lent.az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri, Bakı - 2015 Avropa oyunlarının əməliyyat komitəsinin baş icraçı direktoru Azad Rəhimov, AZAL sədrinin müavini Sabir İlyasov, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edib. A.Rəhimov çıxışında AZAL-ın xədmətlərindən danışıb: "Azərbaycan Hava Yollarının rəsmi tərəfdaş kimi Avropa Oyunları komandasına qoşulmass yerinə düşür. AZAL Azərbaycanda ən məşhur şirkətlərdən biridir və onlar Avropa Oyunları ilə bağlı Bakıya gündəlik uçuşların sayını artıracaq".
Sabir İlyasov bu oyunların Bakıda keçirilməsini paytaxtımız üçün fürsət kimi qiymətləndirib: “Rəsmi tərəfdaş kimi Avropa Oyunlarına qoşulmaq bizim uçun qürurdur və biz Bakı - 2015 Avropa Oyunları brendini bütün dünyaya çatdırmağı səbirsizliklə gözləyirik".
Bakı - 2015 Avropa oyunları əməliyyat komitəsi üzrə baş direktoru Saymon Kleq isə bu müqavilənin imzalanmasının məmnunluğunu bildirib: “Gələn il Avropanın ən güclü idmançılarının Bakıya gətirməkdə əhəmiyyətli rol oynayacaq rəsmi tərəfdaşımız AZAl ilə bu əhəmiyyətli sazişi imzalamaqdan çox məmnunuq”.
Qeyd edək ki, Azərbaycan Hava Yolları Avropa oyunlarının 6-cı rəsmi tərəfdaşıdır. Bundan başqa “P&G”, “Tissot”, “BP”, “Nar mobile”, ARDNŞ şirkətlər beynəlxalq yarışın digər rəsmi tərəfdaşlardır.