İspaniyanın paytaxtı Madriddə səfərdə olan gənclər və idman naziri Azad Rəhimov və "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov "Atletiko" klubunun rəhbərliyi ilə görüşüblər. Lent.az-ın məlumatına görə, klubun “Visente Kalderon” stadionunda yerləşən ofisini ziyarət edən qonaqlar "Atletiko" idarə heyətinin sədri Migel Angel Hil Marin və klub idarəçilərinin müşayəti ilə stadionu gəziblər.
Möhtəşəm infrastrukturu ilə seçilən arenanın quruluşu və texniki göstəriciləri ilə maraqlanan Məmmədov məşqə çıxan "Atletiko" futbolçuları ilə də görüşüb. O, bu axşam İspaniya Kuboku uğrunda yarımfinal mərhələsinin ilk oyununa çıxacaq "Atletiko"nun oyunçuları ilə söhbətləşib. “Bakı”nın prezidenti məsuliyyətli oyun öncəsi "Atletiko"nun məşqçi heyəti və futbolçularına uğurlar arzulayıb.
Klub muzeyi ilə tanış olan Məmmədov 100 ildən artıq tarixi olan "Atletiko"nun qazandığı kuboklar və tarixi eksponatlarla yaxından maraqlanıb