Gənclər və idman naziri Azad Rəhimov iyunun 4-də Şirvanda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Mədəniyyət Evində (Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi) olacaq. Qəbula gəlmək istəyən vətəndaşlar şəhər və rayonların gənclər və idman idarələrinə müraciət edə bilərlər.