Azad Rəhimov Albaniyada baş nazirlə görüşdü
29 yanvar 2013 16:07 (UTC +04:00)

Azad Rəhimov Albaniyada baş nazirlə görüşdü

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti Albaniyaya səfərə yollanıb. Lent.az-ın məlumatına görə, səfər Albaniyanın Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi ilə 2013 - 2015-ci illərdə gənclər və idman sahələrində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və genişləndirilməsi məqsədi daşıyır.

 

Səfərin ilk günü nümayəndə heyəti Albaniyanın baş naziri Sali Berişa, Parlamentin spikeri Josefina Topalli, turizm, mədəniyyət, gənclər və idman naziri Aldo Bumçi və Tirana şəhərinin meri Lulzim Başa ilə rəsmi görüşlər keçirilib. Berişa ilə görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq imkanları, gənclər və idman sahələrində gələcək inkişaf perspektivləri müzakirə edilib.

 

Səfərin ikinci günü Tirana Universitetinin rektoru, professor Dhori Kule və İdman Universitetinin rektoru, professor Vesel Rizvanolli ilə görüşlərin keçirilməsi və hər iki ölkənin tələbələri arasında təcrübə mübadiləsi görüşlərinin, eyni zamanda Albaniya universitetlərində təhsil alan gənclər arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsinin təşkili ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461
avatar

Oxşar yazılar