Azad Rəhimov  Brazilyada nədən danışdı?
29 aprel 2013 14:16 (UTC +04:00)

Azad Rəhimov Brazilyada nədən danışdı?

0

Gənclər və idman naziri Azad Rəhimovun Braziliyaya səfəri başa çatıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində A.Rəhimov Braziliya Dövlət Olimpiya Komitəsinin Prezidenti Marsio Forteslə görüşüb.

 

M.Fortes rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək 2016-ci ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq işlərindən danışıb. Nazir Bakıda 2015-ci ildə I Avropa Oyunlarının təşkil olunacağını xatırladıb, bu kimi beynəlxalq idman tədbirlər baxımından, iki ölkə arasında təcrübə mübadiləsinin vacibliyini bildirib.

 

Sonra A.Rəhimov Rio-2016 Təşkilat Komitəsinin xarici əlaqələr üzrə direktoru, səfir Agemar Sanktorla görüşüb. Görüş zamanı Azərbaycan - Braziliya münasibətlərinin inkişafı, xüsusilə, idman sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. A.Sanktor Rio-2016 Təşkilat Komitəsinin qarşısında duran məqsəd və vəzifələr barədə məlumat verib. Nazir öz növbəsində, Azərbaycanda idman sahəsində aparılan siyasət və Olimpiya hərəkatına verilən əhəmiyyət barədə danışıb. O, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətini qeyd edib. Daha sonra, A.Rəhimov “Marakana” stadionunu ziyarət edib və burada aparılan yenidənqurma işləri ilə tanış olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 697

Oxşar yazılar