Avstriyalılar Qaradağla Qarabağı səhv salıb
09 fevral 2013 13:20 (UTC +04:00)

Avstriyalılar Qaradağla Qarabağı səhv salıb

Avstriyalılar klublarımızın adlarında yanlışlığa yol verib. Lent.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, Avstriyanın LASK klubu hələ də bu gün Türkiyədə keçirəcəkləri yoxlama oyununda rəqibinin adını dəqiq bilmir.

Belə ki, Avstriya Regional Liqasının əməkdaşları Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaqlarını bilir. Avstriyanın sayca 3-cü dəstə klubu üçün isə Azərbaycan Premyer Liqasında 3-cü sırada olan komanda ilə qarşılaşmaq böyük fəxrdir.

Bildiyiniz kimi, “Qarabağ” ötən həftə Türkiyə toplanışını tamamlayıb ölkəmizə dönüb. Ağdamlılar hətta sabah baş tutacaq “Qəbələ” ilə oyuna hazırlaşır.

Əslində isə Lints klubunun Antalyada ilk yoxlama oyununda üzləşəcəyi rəqib “Qarabağ” yox, “Qaradağ Lökbatan”dır. Avstriyalılar bu gün I dəstə klubu ilə Bakı vaxtı ilə saat 17:00-da qarşılaşacaq.

Qeyd edək ki, bu, Lökbatan klubunun sayca 3-cü yoxlama oyunu olacaq. Bakılılar bundan əvvəl Almaniya və Makedoniyanın aşağı dəstə klublarını 3:0 və 3:1 hesabları ilə məğlub edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1061
avatar

Oxşar yazılar