Avropa Oyunları vaxtı avtobus qəzası keçirən idmançıdan xəbər var
18 sentyabr 2015 22:32 (UTC +04:00)

Avropa Oyunları vaxtı avtobus qəzası keçirən idmançıdan xəbər var

0

Avstriyalı sinxron üzgüçü Vanessa Sahinoviç tezliklə müalicə olunduğu xəstəxananı tərk edəcək.

 

“Azərtac”ın xəbərinə görə, Avstriya Milli Olimpiya Komitəsindən verilən məlumata əsasən, Avropa Oyunları öncəsi Bakıda avtobus qəzasında xəsarət almış avstriyalı atlet bu ayın sonunadək xəstəxanadan buraxılacaq, reabilitasiya kursuna başlayacaq.

 

Avstriya Milli Olimpiya Komitəsinin baş katibi Peter Mennel bildirib ki, Aşağı Avstriyada yerləşən reabilitasiya mərkəzlərindən birində V. Sahinoviç ən optimal şərtlər altında müalicəsini davam etdirəcək və reabilitasiya prosesi keçəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar