Avropa Oyunları üçün yeni mobil proqram
08 aprel 2014 18:06 (UTC +04:00)

Avropa Oyunları üçün yeni mobil proqram

Türkiyənin Antalya bölgəsindəki “Susesi” Konvensiya Mərkəzində keçirilən “SportAccord” Konvensiyasının iştirakçıları üçün yeni mobil proqramın təqdim edilməsi sayəsində 2015-ci il Avropa Oyunları barədə istədikləri bütün məlumatı əldə etmək imkanı yaradılıb. Lent.az-ın məlumatına görə, tədbirə qatılanlar bununla da vaxtlarından səmərəli istifadə edə biləcəklər.  

 

Pulsuz yüklənə bilən rəsmi mobil proqramı “Bakı-2015” ilə “SportAccord” konvensiyası arasındakı birgə əməkdaşlıq sayəsində yaradılaraq, təqdim edilib. Bu proqram “SportAccord” konvensiyasında iştirak edənlərin imkanlarını artırmaq üçün bir sıra faydalı funksiyalar, o cümlədən sessiya barədə ümumi məlumatın təmin edilməsi, nümayəndələrin avtobioqrafiyası, sərgi zalının yerləşmə sxemini təklif edir. Proqramı yüklədikdə nümayəndələr bağlantı yaratmaq və konvensiya ərzində şəbəkədə ünsiyyət saxlamaq imkanlarından tam yararlanmaq üçün sistemə daxil olub öz profillərini digər iştirakçılar üçün açıq edə bilərlər. 

        

Bu proqram iştirakçılara tədbir çərçivəsində keçirilən sessiya və təqdimatlar, o cümlədən “Bakı-2015”in təşkil etdiyi ziyafətlər barədə məlumat verəcək. Proqram, eləcə də  istifadəçilərin “Twitter” və “SAC 2014” ünvanındakı hesabları vasitəsilə sosial şəbəkələrdəki fəaliyyətlərini asanlaşdıracaq. Mobil proqram IPhone, Android , Blackberry, Windows Phone mobil telefonlarında və kompüter istifadəçiləri tərəfindən istifadə edilə bilər. Proqram, həmçinin iştirakçılara ilk Avropa oyunları barədə öyrənmək istədikləri hər bir şeydən məlumat əldə etmək üçün dəyərli platforma təmin edir. Tədbir aprelin 11-dək davam edəcək.  

 

İlk Avropa Oyunlarının əsas məqsədi Avropada yaşayan müxtəlif insanları bu möhtəşəm idman bayramında birləşdirən Oyunlar keçirməkdir. Azərbaycan öz tarixində ən böyük multi-idman tədbirində 19 idman növü üzrə yarışan 6000-dən artıq Avropa idmançısını bir araya gətirəcək. Bakı, Avropa idmançıları və Azərbaycan gəncləri üçün ənənəvi yerlər və dünya səviyyəli obyektlər təmin etmək üçün 20 yeni və təmir olunan yarış yerlərinin, eləcə də MOK-lar və Avropa idmançıları və gələcək onilliklər ərzində xidmət göstərəcək yeni dünya səviyyəli idman zallarının qurulması üçün investisiyalar qoyur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056

Oxşar yazılar