Avropa Oyunları ilə bağlı yeni iş yerləri açılacaq
30 aprel 2013 15:49 (UTC +04:00)

Avropa Oyunları ilə bağlı yeni iş yerləri açılacaq

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı Əməliyyat Komitəsi fəaliyyətə başlayıb. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

O bildirib ki, Əməliyyat Komitəsi Olimpiya Kəndində fəaliyyət göstərəcək. Nazirin sözlərinə görə, hazırda müxtəlif ölkələrdən ekspertlər dəvət olunurlar: “Çalışırıq ki, ekspertlər olimpiya oyunları keçirmə təcrübəsinə malik olsunlar. Məsləhətçi vəzifəsinə Daq Arnot dəvət olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində rəhbər vəzifələrdə yer aldığından, böyük təcrübəyə malikdir. Digər vəzifələrə də namizədlərə baxılır, onlarla da müqavilə bağlanılacaq. Mütəxəssislər azərbaycanlı gənclərlə birgə işləyəcəklər. Gənclərimiz bunun sayəsində birgə böyük təcrübə toplayaraq, özləri də gələcəkdə yarış keçirmək üçün lazımi biliyə malik olacaqlar”.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək 19 növ üzrə təşkil olunacaq.

# 815
avatar

Oxşar yazılar

Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56
Suares “İnter Mayami”də Messidən 14 dəfə az   qazanır

Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır

17 may 2024 , 13:02
İlin ən çox qazanan  futbolçusu bəlli oldu

İlin ən çox qazanan futbolçusu bəlli oldu

17 may 2024 , 09:57
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

17 may 2024 , 05:50