
Avropa Liqasının Bakıdakı finalının iştirakçıları sabah müəyyənləşəcək
Sabah Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
ONA-nın məlumatına görə, cavab oyunları çərçivəsində hər iki qarşılaşma eyni vaxtda baş tutacaq.
İlk dəfə Azərbaycanın ev sahibliyi edəcək avrokubokların finalının iştirakçıları da bu görüşlərdən sonra bəlli olacaq. Yarımfinalda iki komanda ilə təmsil olunan İngiltərənin klublarından biri evdə, digər səfərdə meydana çıxacaq.
“Arsenal” İspaniyada “Valensiya”nın qonağı olacaq. İndiyədək bu turnirin qalibi olmayan London təmsilçisi evdə qazandığı 3:1 hesablı üstünlüyü qorumağa çalışacaq.
19 ildən sonra final həyəcanı yaşamağa yaxın olan “topçular”ın baş məşqçisi Unay Emeri isə şərik olduğu rekordu yeniləmək üçün finala çıxmalıdır. Avropa Liqasının üçqat qalibi bunun üçün həmyerlilərini mübarizədən kənarlaşdırmalıdır. “Yarasalar” isə 15 il əvvəl qazandığı kuboka yenidən sahib olmağa köklənib. Lakin valensiyalılar bunun üçün 2 top fərqini aradan qaldırmalıdır.
Bakıda İngiltərə finalının gerçəkləşməsi üçün digər matçda meydan sahibləri qalib gəlməlidir. “Çelsi” öz meydanında “Ayntraxt”la üz-üzə gələcək.
London klubu səfərdə 1:1 hesablı heç-heçəyə imza atdığından kiçik üstünlüyə malikdir.
Komandalar hərəyə bir dəfə qazandığı kubokun finalına doğru irəliləmək üçün bu səddi adlamalıdır. Almaniya klubu 39, ingiltərəlilər isə cəmi 6 il əvvəl bu yarışın qalibi olub.
Yarımfinal iştirakçılarından dördü də daxili arenada Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır. Qitənin ən nüfuzlu klub turnirinə Avropa Liqasından vəsiqə qazanmaq şansı iddiaçılar üçün yarışın önəmini artırıb. Artıq komandaları bu vəsiqədən cəmi iki matç ayırır.
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
9 may
23:00. “Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə)
Baş hakim: Danni Makkeli (Hollandiya)
Valensiya. “Mestalya” stadionu
İlk oyun – 1:3
23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya)
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
London. “Stemford Bric” stadionu
İlk oyun – 1:1
Oxşar yazılar

Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31
Con Terri futbol izləməyi dayandırıb, darıxdırıcı olduğu üçün
11 iyul 2025 , 12:21
Haaland tətilini sevgilisi ilə İbizada keçirir: yaxtada gəzirlər
11 iyul 2025 , 09:39