Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək klubların ilkin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3 komandamızın da iştirak edəcəyi mərhələnin 76 iştirakçısından 34-ü müəyyənləşib.
Onlardan 13-ü səpələnmiş, eyni sayda isə səpələnməmiş komandaların səbətində yer alacaq. Digər 8 klub hansı səbətdə yer alacağını hələ bilmir.
Hələ adına aydınlıq gəlməyən 42 komandadan 3-ü “Fair Play” reytinqinə əsasən bu yarışa qoşulacaq. Digər 39 komandadan dördünün səpələnmiş, 8-nin səpələnməmiş olacağı da məlumdur. Digər 27 iştirakçı qeyri-müəyyənlikdədir.
Azərbaycan təmsilçilərindən birinin artıq səpələnmiş olduğu dəqiqdir. Digər 2 komandanın taleyi isə vəsiqəyə kimin sahib çıxacağından və rəqiblərdən asılıdır.
Səpələnmişlər: “Rusenborq” (Norveç), “Ventspils” (Latviya), “Aktobe” (Qazaxıstan), “Sent Patriks” (İrlandiya), “Malmö” (İsveç), “Reykyavik” (İslandiya), “İnter” (Finlandiya), “Levadiya” (Estoniya), “Linfild” (Şimali İrlandiya), “Valetta” (Malta), “Skonto”, “Metallurq” (hər ikisi Latviya), “Pünik” (Ermənistan), Azərbaycan, Belarus, Rumıniya, Bolqarıstan hərəsindən 1 komanda
Səpələnməmişlər: “Kruzaders” (Şimali İrlandiya), “Santa Koloma” (Andorra), “Jalgiris” (Litva), “Mika” (Ermənistan), “Vestmannaeyar” (İslandiya), “Droeda” (İrlandiya), “Trans” (Estoniya), “Astana” (Qazaxıstan), “Vikinqur”, “Fulafyordur” (hər ikisi Farer adaları), “Kukesi” (Albaniya), “Brayton”, “Prestatin” (hər ikisi Uels), San Marinodan 2, Monteneqro, Lüksemburq, Malta, Uels, Ermənistan, Albaniya hərəsindən 1 komanda
Qeyri-müəyyənlər: “Suduva” (Litva), “Vaduts” (Lixtenşteyn), “Flora” (Estoniya), “Torshavn” (Farer adaları), TPS (Finlandiya), “Breydavik” (İslandiya), “Qlentoran” (Şimali İrlandiya), “İrtış” (Qazaxıstan), Moldova, Makedoniya hərəsindən 3, Monteneqro, Azərbaycan, Macarıstan, Sloveniya, Gürcüstan, Bosniya və Herseqovina, Lüksemburq hərəsindən 2, Serbiya, Slovakiya, Bolqarıstan, Litva, Malta, Albaniya, Andorra hərəsindən 1 komanda.

Avropa Liqasında potensial rəqiblərimiz
Oxşar yazılar

"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19
Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 , 15:56
Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39