Avropa Liqasında finala doğru ilk addım
07 may 2015 12:08 (UTC +04:00)

Avropa Liqasında finala doğru ilk addım

 

Bu gün UEFA Avropa Liqasının 2014/15 mövsümü yarımfinalının ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, hər iki qarşılaşma eyni vaxtda başlayacaq.

 

Dörd komanda arasında yeganə “Dnepr” böyük beşlik ölkələrindən birini təmsil eləmir. “Napoli”nin qonağı olacaq ukraynalılar bura qədər gəlməklərinin möcüzə olmadığını sübut etmək istəyindədilər. Ancaq bu o qədər də asan olmayacaq.

 

Təmsilçimiz “Qarabağ”la eyni qrupda mübarizə aparmış Markeviçin yetirmələri qrupdan bəxt sayəsində çıxmaqlarına baxmayaraq digər mərhələlərdən inamla keçərək artıq finalın bir addımlığında dayanıblar.

 

“Napoli” isə əlinə düşmüş fürsətdən – rəqibin təcrübəsizliyindən maksimum yararlanaraq adını finala yazdırmaq istəyir.

 

Digər cütlükdə isə qüvvələr nisbətini bərabər saymaq olar. “Sevilya” öz meydanında “Fiorentina”nı qəbul edəcək.

 

İspaniyalılar bu oyuna qədər İtaliya təmsilçiləri ilə 4 oyun keçirib ki, bunların heç birində qələbə qazana bilməyib. Elə “Fiorentina”nın da bu baxımdan üstünlüyü yoxdur. Pireneylilərə qarşı 10 oyun oynamış florensiyalılar bunlardan cəmi ikisində qələbə sevinci yaşaya bilib.

 

Maraqlı keçəcəyi gözlənilən oyunun aşkar favoriti olmasa da, ev sahibi kimi andalusiyalıları fərqləndirə bilərik.

 

Avropa Liqası

Yarımfinal, ilk oyunlar

7 may

 

00:05. “Napoli” (İtaliya) – “Dnepr” (Ukrayna)

Baş hakim: Sveyn Moen (Norveç)

Neapol. San Paolo stadionu

 

00:05. “Sevilya” (İspaniya) – “Fiorentina” (İtaliya)

Baş hakim: Feliks Brix (Almaniya)

Sevilya. Ramon Sançes Pisxuan stadionu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293

Oxşar yazılar

ÇL : 1/4 finalçılar müəyyənləşdi

ÇL: 1/4 finalçılar müəyyənləşdi

13 mart 2025 , 02:47
Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var

Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var

12 mart 2025 , 18:35
"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək

"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək

12 mart 2025 , 15:53
"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı

"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı

12 mart 2025 , 09:37
PSJ-dən əzmkar  qələbə

PSJ-dən əzmkar qələbə

12 mart 2025 , 02:53
Gözəl futbolçu çimərlik paltarında  FOTOLARINI   yaydı

Gözəl futbolçu çimərlik paltarında FOTOLARINI yaydı

11 mart 2025 , 19:32
Pol Poqba karyerasını davam etdirə  bilər

Pol Poqba karyerasını davam etdirə bilər

11 mart 2025 , 15:26
Məhəmməd Salah "Barselona"da oynayacaq

Məhəmməd Salah "Barselona"da oynayacaq

11 mart 2025 , 09:37