Avropa Liqası: Yaralı “bülbüllər”in Çexiya səfəri
07 mart 2013 16:34 (UTC +04:00)

Avropa Liqası: Yaralı “bülbüllər”in Çexiya səfəri

Martın 7-də futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk görüşləri keçiriləcək. Lent.az-ın məlumatına görə, Türkiyənin “Fənərbağça” klubu Çexiyada “Viktoriya”nın qonağı olacaq.

 

Plzen şəhərindəki “Duşan Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Görüşü italiyalı referi Canluka Rokki idarə edəcək. “Fənər” Avropa Liqasında əvvəlki 4 oyununda məğlub olmayıb. “Viktoriya” isə bu mövsüm Avrokublarda 14 matça çıxıb və yalnız İspaniya “Atletiko”suna uduzub – 0:1. Bu, ötən il oktyabrın 4-də keçirilmiş qrup oyununda baş verib.

 

“Fənər”in baş məşqçisi Aykut Kocaman Plzenə cəzalı futbolçu Raul Meyreleşi də aparıb. O, UEFA İntizam Komitəsinin verdiyi 3 oyunluq cəzanın yüngülləşdiriləcəyi ümidi ilə bu addımı atıb. Lakin qurumun Apellyasiya Komitəsi cəzanı qüvvədə saxlayıb. Beləliklə, Belarus BATE-si ilə 1/16 final mərhələsinin ilk görüşündə qırmızı vərəqə alan Meyreleş 1/8 finalda həm səfər, həm də ev oyununu buraxmalı olacaq. Cavab görüşü həm də azarkeşsiz keçiriləcək. Bu isə BATE ilə təkrar qarşılaşmada azarkeşlərin “Şükrü Saracoğlu” stadionuna çöldən yad əşyalar atmaları ilə əlaqədardır.

 

Günün oyunları:

 

21:00. “Anji” (Rusiya) – “Nyukasl” (İngiltərə)

22:00. “Viktoriya” (Çexiya) – “Fənərbağça” (Türkiyə)

22:00. “Ştutqart” (Almaniya) – “Latsio” (İtaliya)

22:00. “Styaua” (Rumıniya) – “Çelsi” (İngiltərə)

00:05. “Benfika” (Portuqaliya) – “Bordo” (Fransa)

00:05. “Tottenhem” (İngiltərə) – “İnter” (İtaliya)

00:05. “Levante” (İspaniya) – “Rubin” (Rusiya)

00:05. “Bazel” (İsveçrə) – “Zenit” (Rusiya)

 

Cavab görüşləri martın 14-də keçiriləcək.

3684610

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774
avatar

Oxşar yazılar