Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, 16 komandanın mübarizə apardığı bu mərhələnin bütün görüşləri eyni gündə keçirilib
İlk qarşılaşma Rusiyada başlayıb. “Zenit” doğma publika önündə İtaliya “Torino”sunu qəbul edib. Sankt-Peterburq klubu 2 cavabsız qolla rəqibinə qalib gəlib.
Qardaş ölkə Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” Belçikada meydana çıxıb. İstanbul nəhənginin rəqibi “Brügge” olub. Hesabı 46-cı dəqiqədə Gökan Törə ilə açan “qara qartallar” qələbəni əldən verib - 2:1.
Günün ən maraqlı oyunları “Volfsburq"la “İnter”, “Vilyarreal”la “Sevilya” və “Fiorentina” ilə “Roma” arasında reallaşıb. Almaniya klubu, Neapol təmsilçisi və “Sevilya” eyni hesablı (3:1) qələbəyə sevinib. Flroensiyada isə qalib məyyənləşməyib - 1:1.
Avropa Liqası
1/8 final, ilk oyunları
12 mart
"Zenit” (Rusiya) - “Torino” (İtaliya) - 2:0
Qollar: Vitsel, 38, Krişkito, 53
“Brügge” (Belçika) - “Beşiktaş” (Türkiyə) - 2:1
Qollar: de Sutter, 62, Refaelov, 79-pen - Törə, 46
"Dnepr” (Ukrayna) - “Ayaks” (Hollandiya) - 1:0
Qol: Zozulya, 30
"Volfsburq" (Almaniya) - “İnter” (İtaliya) - 3:1
Qollar: Naldo, 28, de Bruyne, 63; 76 - Palasio, 6
“Everton” (İngiltərə) - “Dinamo” (K, Ukrayna) - 2:1
Qollar: Naysmit, 39, Lukaku, 82-pen - Qusev, 14
"Fiorentina” (İtaliya) - “Roma” (İtaliya) - 1:1
Qollar: İliçiç, 17 - Keyta, 77
“Napoli” (İtaliya) - “Dinamo” (M, Rusiya) - 3:1
Qollar: İquain, 25; 30-pen; 55 - Kuranyi, 2
“Vilyarreal” (İspaniya) - “Sevilya” (İspaniya) - 1:3
Qollar: Vietto, 48- Vitolo, 1, Mbya, 26, Qameyro, 50