Avropa Liqası: 1/8 final cütləri
22 fevral 2013 10:40 (UTC +04:00)

Avropa Liqası: 1/8 final cütləri

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin cütləri müəyyənləşib. Lent.az-ın məlumatına görə, 1/16 final mərhələsini uğurla dəf edən komandalardan hərəyə 3-ü İngiltərə və Rusiyanı təmsil edir.

 

Qalan 10 komandadan 2-si İtaliyadandır. Daha 8 ölkənin isə hərəyə 1 klubu mərhələ adlaya bilib. Onların arasında Türkiyə “Fənərbağça”sı da var:

 

“Anji” (Rusiya) – “Nyukasl” (İngiltərə)

“Bazel” (İsveçrə) – “Zenit” (Rusiya)

“Levante” (İspaniya) – “Rubin” (Rusiya)

“Styaua” (Rumıniya) – “Çelsi” (İngiltərə)

“Tottenhem” (İngiltərə) – “İnter” (İtaliya)

“Benfika” (Portuqaliya) – “Bordo” (Fransa)

“Ştutqart” (Almaniya) – “Latsio” (İtaliya)

“Viktoriya” (Çexiya) – “Fənərbağça” (Türkiyə)

 

İlk oyunlar martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.

# 1016
avatar

Oxşar yazılar