Avropa çempionumuz 8 rekordla Petrosyanı üstələdi
10 aprel 2013 17:51 (UTC +04:00)

Avropa çempionumuz 8 rekordla Petrosyanı üstələdi

 

Albaniyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov birdən-birə 8 rekord yeniləyib. Lent.az-ın Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 62 kq çəki dərəcəsində çıxış edən Xristov təkcə təkanla qaldırma hərəkətində yerinə yetirdiyi iki uğurlu yanaşma ilə bu qədər nailiyyətə imza atıb.

 

Birinci yanaşmada 170 kq-ı ram edən idmançımız Avropanın həm gənclər, həm də yaşı 23-ə qədər olan idmançılar arasında rekordunu yeniləyib. Gənclər arasında Avropa rekordu erməni əsilli rus atleti Sergey Petrosyana məxsus idi. O, 15 aprel 2008-ci ildə İtaliyanın Linyano şəhərində keçirilmiş çempionatda bu nəticəni qazanmışdı. O vaxt 302 kq nəticə göstərən Petrosyan həm də toplamda gənclər arasında Avropa rekordunu müəyyənləşdirmişdi.

 

Yaşı 23-ə qədər olan idmançıların təkanla qaldırma rekordu da rus Pavel Suxanova məxsus idi. O, 12 sentyabr 2011-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə 163 kq-ın öhdəsindən gəlmişdi. Bu yaş qrupunda toplam rekord isə türk Bünyamin Sezərə məxsus idi. O, 12 aprel 2011-ci ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında 298 kq nəticə göstərmişdi.

 

Xristovun birinci yanaşmasında ram etdiyi 170 kq, həm də toplamda 307 kq demək idi. Bir cəhdlə bu rekordların dördünü də yeniləyən atletimiz 175 kq çəkini də rahatlıqla başı üzərinə qaldırıb. Bu isə artıq öz rekordlarının bir daha yenilənməsi demək idi.

# 776
avatar

Oxşar yazılar