Avropa çempionatının medalçıları mükafatlandırıldı
05 aprel 2013 13:40 (UTC +04:00)

Avropa çempionatının medalçıları mükafatlandırıldı

0

Avropa çempionatında 1 gümüş, 6 bürünc medal qazanmış güləşçilərin mükafatlandırılma mərasimi keçirilib. Lent. az-ın məlumatına görə, tədbirdə Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov  göstərilən nəticələri təhlil edib.

 

O bildirib ki, böyüklərdən ibarət yığma komandalarımızın  bu ilki nəticələri ötənilki nəticələrdən bir qədər aşağı olub. Cəfərovun fikrincə, bunun bir çox obyektiv və subyektiv səbəbləri var: “Gürcüstandakı Avropa çempionatı 2012-ci il London Yay Olimpiya Oyunlarından sonra ilk rəsmi yarış idi. Yığmamızın daha çox gənc üzvlərinə şans verilmişdi. Onlardan bəziləri etimadı doğrultdu.Nəticələri qənaətbəxş hesab etmək olar”.

 

 Tədbirin sonunda güləşçilər mükafatlandırılıb.

 

Qeyd edək ki, Avropa çempionatında  Elçin Əliyev  gümüş, Kamran Məmmədov  Həsən Əliyev,Yaşar Əliyev Cəmaləddin Məhəmmədov, Patimat Baqometova və Anna Belyayeva bürünc medal qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 599

Oxşar yazılar