Avropa çempionatında növbəti medal
11 aprel 2013 11:16 (UTC +04:00)

Avropa çempionatında növbəti medal

0

Albaniyanın paytaxtı Tiranada keçirilən kişi və qadınlar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan milli komandası daha bir medal qazanıb. Lent.az-ın məlumatına görə, yarışın 3-cü günündə “körpücük” üzərinə çıxan Sərdar Həsənov mükafatçılar sırasına düşməyi bacarıb.

 

Həsənov 69 kq çəki dərəcəsində yer alan Həsənov birdən qaldırmada sifariş verdiyi ilk çəkini – 145 kq-ı yalnız ikinci yanaşmada ram edə bilib. Üçüncü yanaşmada 150 kq-ı da başı üzərinə qaldıran atletimiz “kiçik” gümüş medalı təmin edib.

 

Təkanla qaldırma da Həsənov üçün təxminən eyni cür keçib. Birinci sifariş etdiyi 173 kq-ı yalnız ikinci cəhddən qaldıran atletimiz sonuncu yanaşmasında 176 kq-ı ram edib. Nəticədə o, 3-cü yeri tutaraq daha bir “kiçik” medal, amma “bürünc” qazanıb.

 

Toplamda 326 kq (150 kq + 176 kq) nəticə göstərən atletimiz Avropa çempionatında gümüş medala sahib çıxıb. Bu, Həsənovun mötəbər yarışlar tarixində ilk ən böyük uğuru olub.

 

Qeyd edək ki, daha öncə ağırlıqqaldıranlarımız 1 qızıl (Valentin Xristov 62 kq), 1 gümüş (Silviya Angelova 48 kq) və 1 bürünc (Zülfüqar Süleymanov 62 kq) medal qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 945

Oxşar yazılar