<b>Avropa çempionatı ilə bağlı Təşkilat Komitəsi yaradıldı - <span style="color:red;">Sərəncam </b>
09 sentyabr 2016 18:48 (UTC +04:00)

Avropa çempionatı ilə bağlı Təşkilat Komitəsi yaradıldı - Sərəncam

0

 

 

Prezident İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, sərəncama əsasən, 2020-ci ilin iyun ayında futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə yerli Təşkilat Komitəsi yaradılib.

 

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini 

 

Təşkilat Komitəsinin sədr müavini

Rövnəq Abdullayev - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Prezidenti,

Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri

 

 

Təşkilat Komitəsinin üzvləri

 

 

Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

 

Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini

 

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

 

Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

 

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

 

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

 

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

 

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri

 

Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

 

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

 

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

 

Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

 

Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

 

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

 

Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

 

Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

 

Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

 

Balababa Rzayev - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

 

Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

 

Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru

 

Ağacan Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

 

Fərhad Hacıyev - Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru

 

İlham Mədətov -XXIX və XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin katibi)

Elxan Məmmədov - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi, Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici.

 

Sərəncamla 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA və Avropa çempionatının 12 təşkilatçı ölkəsinin futbol federasiyaları ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub.

 

 Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etmək və 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar