Fransada baş verən terror hadisələri gələn il bu ölkədə keçiriləcək futbol üzrə Avropa çempionatını da təhlükə altına salıb. Apasport.az saytının məlumatına görə, Fransa Futbol Federasiyasının prezidenti Noel le Qrit "Ekip" qəzetinə açıqlamasında bu məsələylə bağlı danışıb: "AÇ-2016 ilə bağlı onsuz da narahatlığımız var idi. Dünənki terrordan sonra bu narahatlığımız daha da artdı".
2016-cı ilin yayında keçiriləcək Avropa çempionatının oyunları Fransanın Paris, Sent-Etyen, Marsel, Nitsa, Tuluza, Bordo, Lans, Lion və Lill şəhərlərində təşkil olunacaq.
Qeyd edək ki, Parisdəki terror hücumunda azı 128 insanın öldüyü, 99-u ağır olmaqla, 250 nəfərin yaralandığı bildirilir.