Avropa birinciliyində daha bir medal
15 noyabr 2015 08:59 (UTC +04:00)

Avropa birinciliyində daha bir medal

0

Cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvü Hidayət Heydərov  Slovakiyanın Bratislava şəhərində keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

 

Lent.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu ilk görüşdə Moldova təmsilçisi George Blanarunu məğlub edib. Növbəti mərhələlərdə rusiyalı Arbi Xamxoyev, ukraynalı Artyom Xomulaya qalib gələn Hdidayət yarımfinalda İtaliya cüdoçusu Antoniyo Espozitoya uduzub.

 

Üçüncü yer uğrunda görüşdə Montoneqro nümayndəsi Nikola Qusiç üzərində qələbə qazanan cüdoçumuz Avropa birinciliyinin bürünc medalına sahib olub.

 

Qeyd edək ki, qitə birinciliyində çıxış edən milli komandamızın aktivində 3  medal var (Davud Məmmədov (60kq) gümüş, Telman Vəliyev (66 kq) və Hidayət Heydərov (73 kq) bürünc).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 581

Oxşar yazılar