AVRO-2016 başladı
10 iyun 2016 23:10 (UTC +04:00)

AVRO-2016 başladı

0

Bu gün futbol üzrə XV Avropa çempionatı start götürüb.

 

APA-nın məlumatına görə, Fransada  keçirilən qitə birinciliyində, ilkin mərhələdə 24 komanda altı qrupda mübarizə aparacaq.

 

Turnirin açılış oyunu  Parisin “Sen-Deni”   stadionunda başlayıb. Oyundan öncə isə turnirin təntənəli açılış mərasimi keçirilib.  İlk oyun Bakı vaxtı ilə saat 23.00-də meydan sahibi olan Fransa yığması ilə Rumıniya  arasında başlayıb.

 

Qrup mərhələsinin son oyunları iyunun 22-də keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar və üçüncü yerdə qərarlaşan ən yaxşı dörd komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. 1/8 final matçları iyunun 25-dən 27-dək, ¼ finallar – iyunun 30-dan iyulun 3-dək, yarımfinallar isə iyulun 6-sı və 7-də baş tutacaq. Final matçı iyulun 10-da Parisdə keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar