AVRO-2016: Şehiçin komandası qələbə qazana bilmədi
14 noyabr 2015 02:19 (UTC +04:00)

AVRO-2016: Şehiçin komandası qələbə qazana bilmədi

0

AVRO-2016-nın seçmə mərhələsinin pley-off oyunları çərçivəsində daha bir matç baş tutub.

 

Apasport.az saytının məlumatına görə, Bosniya və Herseqovina millisi İrlandiyanı qəbul edib.

 

"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin heyətində yer aldığı balkanlılar öz meydanında qalib gələ bilməyiblər. Matçın son 10 dəqiqəsində vurulan qarşılıqlı iki qolla bərabərə qalan rəqiblər nəticəni növbəti oyuna saxlayıblar.

 

Qeyd edək ki, rəqiblər arasında cavab oyunu noyabrın 16-da keçiriləcək.

 

AVRO-2016-nın seçmə mərhələsi

Pley-off

İlk oyunlar

 

13 noyabr

Bosniya və Herseqovina - İrlandiya - 1:1

Qollar: Dzeko, 85 - Bredi, 82

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar