Atıcılıq üzrə Bakı şəhər kuboku keçirilib
25 sentyabr 2014 10:41 (UTC +04:00)

Atıcılıq üzrə Bakı şəhər kuboku keçirilib

 

Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə İdman Akademiyasının tirində Atıcılıq üzrə Bakı şəhər kuboku keçirilib. Yarışda Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun komandası da mübarizə aparıb. İdman Sağlamlıq Klubunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, gərgin keçən yarışı baş hakim Aşumova İradə, hakimlər Eminbəyli Yavuz, Stepanova Olqa, Abdullayev Yusif, Astanova Böyükxanım və Əhmədova Səadət izləyib və qalibləri müəyyən ediblər.

 

Pnevmatik tapançadan 10 metrə məsafəyə qızlar arasında Mehdiyeva Ziba (382 xal - Spartak), Qasımova Zərifə (372 xal -Neftçi İSM), 369 xal ilə 2 nəfər: Abbaslı Nəzrin (Spartak) və Səmədova Nərminə (Neftçi İSM) qalib gəliblər. Pnevmatik tapançadan 10 metrə məsafəyə oğlanlar arasında qaliblər Məmmədov Rəsul  (572 xal -Neftçi İSM), Beybudov Zakir (567 xal - FHN),  Bağızadə Mahmud (559 xal - Spartak) olub.

 

Kiçik çaplı silahdan 50 metr məsafəyə oğlanlar arasında isə Abdullayev Məmmədəli (537 xal - FHN), Məmmədov Rəsul (537 xal - Neftçi İSM), Axundov Urfan (520 xal -Spartak) qalib gəlib.

 

Qeyd edək ki, FHN-nin İdman Sağlamlıq Klubunun məşqçisi Yusif Abdullayev olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642
avatar

Oxşar yazılar