Argentina özbəkistanlı hakimə "yox" dedi
01 iyul 2014 13:25 (UTC +04:00)

Argentina özbəkistanlı hakimə "yox" dedi

Argentina yığması FİFA-nın İsveçrə ilə oyuna özbəkistanlı hakim Rövşən İrmatovu təyin etməsinə etiraz edib. Lent.az-ın xəbərinə görə, argentinalılar səbəb kimi 2010-cu il dünya çempionatının 1/4 final mərhələsində Almaniyaya ilə qarşılaşdıqları oyunu göstərib. 4-0 hesabı ilə Almaniyanın qələbəsi ilə başa çatmış oyunu R.İrmatov idarə etmişdi. FİFA-nın məlum qərarından qəzəblənən Argentina yığması dərhal etiraz haqqından istifadə edib. FİFA Argentinanın etirazından sonra R.İrmatovu isveçli Conas Erikssonla əvəzləyib.

 

Argentina-İsveçrə oyunu bu gün saat 21.00-da başlayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1641

Oxşar yazılar