"Atletiko" Arda və Falkaosuz da böyük hesabla qalib gəldi - YENİLƏNİB
30 aprel 2013 22:03 (UTC +04:00)

"Atletiko" Arda və Falkaosuz da böyük hesabla qalib gəldi - YENİLƏNİB

0

 

"Atletiko" Arda və Falkaosuz da böyük hesabla qalib gəldi - YENİLƏNİB

"Atletiko" ikinci hissədə daha 2 qol vurub. Dieqo Kosta 83-cü, İnsua isə 88-ci dəqiqədə fərqlənərək, görüşün yekun nəticəsini müəyyənləşdiriblər - 3:0.

Qeyd edək ki, bu matçda Radamel Falkao və Arda Turan sonadək ehtiyatda qalıb.

"Atletiko" ikinci hissədə daha 2 qol vurub. Dieqo Kosta 83-cü, İnsua isə 88-ci dəqiqədə fərqlənərək, görüşün yekun nəticəsini müəyyənləşdiriblər - 3:0.

 

***

20.53

"Bakının ulduzları" - "Atletiko" matçında hesab açılıb. 44-cü dəqiqədə Oliver Torres qonaq komandanın ilk qolunu vurub. İlk yarı elə bu hesabla başa çatıb.

***

20.04

“Bakının ulduzları” komandası ilə yoldaşlıq görüşündə üz-üzə gələcək İspaniyanın “Atletiko” futbol klubunun heyəti açıqlanıb. Lent.az-ın məlumatına görə, baş məşqçi Dieqo Simeone start heyətində aparıcı futbolçulardan bir çoxuna yer verməyib.

 

Radamel Falkao, Arda Turan kimi ulduzlar ehtiyatda saxlanılıblar. Əvəzində ilk dəqiqələrdən meydana bu oyunçular çıxacaqlar:

 

1. Asenyo, 44. Vilya, 5. Tiaqo, 6. Koke, 7. Adrian, 11. Kristian Rodriges, 12. Pulido, 15. Sisma, 18. Kata Dias, 22. İnsua, 30. Oliver.

 

Ehtiyatda isə Arda Turan və Radamel Falkaodan əlavə, Qodin, Felipe Luis, Mario Suares, Raul Qarsia, Kurtua, Qabi, Dieqo Koşta, Xuanfran, Miranda və Saul qalıb.

 

Matçın başlamasına az qalsa da, tribunalar yarıyadək dolmayıb. Hazırda xalq artisti Zülfiyyə Xanbabayeva sevimli mahnılarını ifa edir.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakının ulduzları” – “Atletiko” matçı saat 20:00-da başlayıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1936

Oxşar yazılar