Arda Turan İlham Əliyevə forma hədiyyə etdi
29 aprel 2013 17:29 (UTC +04:00)

Arda Turan İlham Əliyevə forma hədiyyə etdi

0

Türkiyə millisinin və Madrid “Atletiko”sunun futbolçusu Arda Turan komandası ilə birlikdə Azərbaycana səfəri zamanı ölkə başçısı İlham Əliyeva forma hədiyyə edib. Lent.az-ın məlumatına görə, Ardanın təqdim etdiyi “Atletiko” formasının üzərində prezidentin adı yazılıb.

 

Məlumata görə, ispan klubu dünən axşam Bakıya gəlib və 3 gün müddətində paytaxtımızın qonağı olacaq. Onlar burada Azərbaycan klublarından olan “Bakı” ilə qarşılaşacaqlar.

 

İspan klubunun tərkibində Arda ilə yanaşı, Falkao və komandanın digər ulduzları da var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2314

Oxşar yazılar