“Mançester Siti”nin hücumçusu Serxio Aquero karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, argentinalı futbolçu ilə “İnter” yaxından maraqlanır.
“Şəhərlilər” Milan təmsilçisinin təklifini artıq cavablandırıblar. Onlar Aqueronu 93 milyon avro qarşılığında sata biləcəklərini açıqlayıblar. “İnter”in Argentina yığmasının üzvünə illik 9 milyon avro məvacib verməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, İtaliya mətbuatı “neradzurra”nın yayda transferlərə 400 milyon avro ayıracağını yazıb.