Azərbaycanlı hakerlər "Qəbələ” klubunun Avropa Liqasında rəqibi olan Kiprin “Apollon” klubunun rəsmi saytını dağıdıb. Lent.az-ın məlumatına görə, klubun saytına giriş zamanı Azərbaycan, Türkiyə və Şimali Kipr bayraqları ilə yanaşı “Qəbələ”nin kapitanı Cavid Hüseynovun şəkli görünür. Özlərini “Azerbaijan Black Hats” adlandıran hakerlər “Apallon”un saytına “Cavidə hörmət edin!” qeydi qoyublar.
Qeyd edək ki, cütlüyün ilk qarşılaşmasında kiprli azərkeşlər Azərbaycan bayrağını cıraraq yandırmağa cəhd ediblər. iki klub arasındalı ilk qarşılaşma 1-1 hesabı ilə başa çatıb. “Qəbələ”nin qolunu 90+2-ci dəqiqədə penalti zərbəsindən Cavid Hüseynov vurub. Cavab qarşılaşması bu gün saat 21:00-da Bakıda baş tutacaq.