Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti daha bir neçə il bu komandada çalışmaq fikrindədi. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis rəhbərliyin yeni müqavilə təklifini müsbət qarşılayıb.
Onun “kral klubu” ilə yeni müqaviləsinin müddəti 2017-ci ilin yayına qədər nəzərdə tutulub. İspaniya təmsilçisi bu xəbəri Klublararası Dünya Çempionatından sonra açıqlayacaq.
Qeyd edək ki, 55 yaşlı Karlo Ançelottinin hazırkı müqaviləsi 2015/16 mövsümünün sonuna qədərdi.