Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) rəhbərliyində istefa gerçəkləşib. Lent.az-ın məlumatına görə, İlqar Əsgərov qurumun baş katibi vəzifəsindən ayrılıb.
O, fəaliyyətini ölkə xaricində davam etdirəcək.
Qeyd edək ki, İlqar Əsgərov AMAF-ın baş katibi postunda 2012-ci ilin əvvəllərindən çalışırdı.