Azərbaycan alpinistləri yeni bir zirvəni fəth edib. Alpinizm Federasiyasından Lent.az-a verilən məlumata görə, idmançılarımız Kazbek zirvəsinə qalxıb.
Avqustun 16-da 10 nəfərdən ibarət olan alpinist komandası Bakıdan Gürcüstana yola çıxıb. İdmançılar avqustun 18-də Kazbek zirvəsini (5033 m) fəth edib.
Qeyd edək ki, ötən il bu ilki ekspedisiyanın 5 üzvü Kazbekə qalxmağa cəhd göstərib, lakin pis hava şəraitindən, bu cəhd uğursuz olub.
Ekspedisiya zamanı bələdçi, tanınmış alpinist Rüfət Qocayev olub.
Ekspedisiya iştirakçıları arasında Nikoil bankın alpinist qrupunun üzvləri iştirak edib. Bu səfərləri bank Alpinizm Federasiyası ilə birgə “20 il yüksəklikdə” layihəsi çərçivəsində həyata keçirilir. Həmin layihə Nikoil bankın 20-illiyinə həsr olunub.
Alpinistlərimiz avqustun 20-də Bakıya dönüblər.