Almaniya klubu eyni gündə Azərbaycanın iki komandasını yendi
23 yanvar 2013 11:51 (UTC +04:00)

Almaniya klubu eyni gündə Azərbaycanın iki komandasını yendi

Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışında olan Azərbaycanın futbol komandaları növbəti yoxlama oyunları keçiriblər. Lent.az-ın məlumatına görə, klublarımızdan “İnter” və “Qəbələ” eyni gündə Almaniyanın aşağı liqasında çıxış edən “İnqolştadt”la üz-üzə gəlib.

 

Rəqib hər iki klubumuzu məğlubiyyətə uğradıb. “İnqolştadt” “İnter”i 3:1, “Qəbələ”ni 4:3 hesabı ilə yenib. “İnter”in yeganə qolunu Daniel Genov vurub. “Qəbələ”nin aktivinə qolları isə Rəşad Abdullayev Yannik Kamanan və “İnqolştadt”ın topu öz qapısına göndərən oyunçusu yazıb.

 

“Xəzər Lənkəran” Ukrayna “Krivbass”ına böyük hesabla uduzub. Yalnız “Simurq” Bolqarıstan MOİK-i ilə heç-heçə etməyi bacarıb – 3:3. “Sarı-qaralar”ın qollarını Nicat Qurbanov, penaltidən Stepan Polyak və Mario Bojiç vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792
avatar

Oxşar yazılar