Almaniya Argentinaya uduzdu, Türkiyə qələbə qazandı
04 sentyabr 2014 02:53 (UTC +04:00)

Almaniya Argentinaya uduzdu, Türkiyə qələbə qazandı

Lent.az-ın “qol.az” istinadən məlumatına görə, millimizin oyunu ilə yanaşı, Avropanın bir neçə yığması da beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

 

Ən çox maraqla gözlənilən oyun Almaniyada baş tutub. Burada son dünya çempionu olan Yoahim Lövün komandası Argentina ilə qarşılaşıb. "DÇ-2014"ün finalında məhz bu iki komanda üz-üzə gəlib və almanlar 1:0 hesablı qələbə ilə mündialın qalibi olub. Yoldaşlıq görüşü isə 4:2 hesabı ilə Argentina yığmasının xeyrinə başa çatıb.

 

Oyunları azərbaycanlı azarkeşlər üçün də böyük maraq kəsb edən Türkiyə millisi də yoxlama matçında qüvvəsini sınayıb. Fatih Terimin komandaı səfərdə Danimarka ilə qarşılaşıb. Türkiyə millisi 0:1 hesabı ilə geri düşsə də, qələbə qazanmağı bacarıb - 2:1.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914
avatar

Oxşar yazılar