Alleqri zədəli futbolçularından danışdı
05 aprel 2019 16:04 (UTC +04:00)

Alleqri zədəli futbolçularından danışdı

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandadakı zədəli futbolçuların durumu ilə bağlı danışıb.

 
Qol.az klubun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis zədədən əziyyət çəkən 9 futbolçudan bəzilərinin meydana çıxmağa hazır olduğunu bildirib:
 
"Kriştiano özünü daha yaxşı hiss edir. Bu, "Ayaks"la oyuna beş gün qalmış yaxşıya işarədir.
 
Mandjukiç, Dibala və Spinatsola oynaya bilər. Sami Xedira yoxlanışdan keçməlidir. Duqlas Kosta "Ayaks"la, Kuadrado isə SPAL-la oyuna kimi hazır olmalıdır.
 
Kaseres üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Perin artıq bərpa prosesini bitirmək üzrədir, ancaq sabah "Milan"a qarşı oynamayacağı dəqiqdir. Kyellini də sabah olmayacaq. Spinatsola kimi, Aleks Sandro da yaxşıdır. Leonardoya görə şadam. Onun dizindəki zədəyə görə çox qorxurduq, ancaq xoşbəxtlikdən hər şey qaydasındadır".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710
avatar

Oxşar yazılar