Ali güləş qurumunun prezidenti istefaya göndərildi
16 fevral 2013 11:19 (UTC +04:00)

Ali güləş qurumunun prezidenti istefaya göndərildi

Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti istefaya göndərilib. Lent.az-ın məlumatına görə, bu barədə “R-Sport”a Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlama verib.

 

O bildirib ki, belə bir qərar FİLA Bürosunun Tailandda keçirilən toplantısında qəbul edilib. Ötən gün Büronun fövqəladə iclasında Martinettinin istefa məsələsi qaldırılıb. İdarə heyəti FİLA-nın prezidentinə etimad göstərməyib. Nəticədə qurumun rəhbəri postundan gedib.

 

FİLA-nın Bürosunda 22 şəxs yer alıb. Onlardan 1-i Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevdir. Hazırda Büro iclasında Əliyev də iştirak edir.

 

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınan 25 əsas idman növü arasında güləşin dəstəklənməməsi barədə qərar qəbul edib. Güləş növü mövqeyini qorumaq üçün 7 idman növü – beysbol (softbol), karate, rolikli idman, skvoş, idman qayayadırmanması, veykbordinq və uşu ilə mübarizədən qalib ayrılmalıdır. Bu növlərin təqdimatı mayda İOC İcraiyyə Komitəsinin Rusiyanın Sankt-Peterburq şəhərindəki iclasında olacaq. Yekun qərar isə sentyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək İOC-un sessiyasında veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1460
avatar

Oxşar yazılar