Aleksandr Səmədov söydüyü üçün cəzalandırıldı
10 aprel 2013 18:29 (UTC +04:00)

Aleksandr Səmədov söydüyü üçün cəzalandırıldı

0

 

Rusiyanın “Lokomotiv” komandasında çıxış edən əslən azərbaycanlı futbolçu Aleksandr Səmədov sərt cəzalandırılıb. Lent.az-ın məlumatına görə, Rusiya Futbol İttifaqının İntizam Komitəsi yarımmüdafiəçini Premyer Liqanın qarşıdakı 3 matçından kənarlaşdırıb.

 

Ona 100 min rubl (təqribən 2400 manat) cərimə də kəsilib. Səmədov aprelin 6-da “Terek”lə 23-cü tur qarşılaşması zamanı ehtiyat hakimi söyüb. Epizod 86-cı dəqiqədə baş verib. Lakin futbolçuya həmin vaxt heç bir cəza kəsilməyib. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. İntizam Komitəsinin qərarına əsasən, Səmədov aprelin 13-də “Zenit”, aprelin 20-də “Kuban”, aprelin 27-də isə “Rostov”la qarşılaşmaları buraxacaq. O, cari mövsümdə Premyer Liqa və Rusiya Kubokunda 23 oyun keçirsə də, fərqlənə bilməyib.

 

Qeyd edək ki, Aleksandr Səmədov Azərbaycan millisindən aldığı dəvəti geri çevirərək, Rusiya yığmasını seçib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1220

Oxşar yazılar