Aleks De Souza son oyununu "Qalatasaray"a qarşı oynayacaq
20 dekabr 2014 16:42 (UTC +04:00)

Aleks De Souza son oyununu "Qalatasaray"a qarşı oynayacaq

“Fənərbaxça”nın əfsanəvi kapitanı Aleks De Souza vida matçını Türkiyədə oynayacaq. Lent.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi “Koritiba” klubunun yanvarın 16-sı “Beşiktaş”, 18-i “Qalatarasay”la oyunlarından sonra karyerasını başa vuracaq.

Məşhur "Sport Park" firmasının Türkiyənin Alanya şəhərində  təşkil etdiyi “Sport Park Beynəlxalq Futbol Çempionatında” Argentinanın “River Plate”, Braziliyanın “Koritiba”, Türkiyənin isə “Beşiktaş” və “Qalatasaray” klubu çıxış edəcək.

Qeyd edək ki, Aleks De Souza 2004-2012-ci illər arası Türkiyənin “Fənərbaxça” klubunun şərəfini qoruyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Səlcuq Elçin

Oxşar yazılar