Albaniya uduzdu, Polşa və Almaniya qalib gəldi
08 sentyabr 2015 02:48 (UTC +04:00)

Albaniya uduzdu, Polşa və Almaniya qalib gəldi

0

Qol.Az-ın məlumatına görə,  bu gün D, F və İ qrupunda oyunlar keçirilib.

 

D qrupunun lider Almaniya səfərdə Şotlandiyanın qonağı olub. Beş qolun vurulduğu oyun almanların qələbəsi ilə başa çatıb - 3:2. Qrupun digər oyunlarında Polşa Cəbəllütariqi 8:1, İrlandiya isə Gürcüstanı 1:0 hesabı ilə məğlub edib.

 

F qrupunun lideri Şimali İrlandiya öz meydanında Macarıstanı qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Qrupun digər oyunlarında Farer adaları Finlandiyanın qonağı olub və 0:1 hesabı ilə uduzub.  Yunanıstan isə səfərdə Rumıniya ilə 0:0 bərabərə qalıb.

 

İ qrupunda Ermənistan Danimarkanı qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb - 0:0. Portuqaliya isə səfərdə Albaniyanı son dəqiqədə vurduğu qolla məğlub edib - 1:0.

 

 

7 sentyabr

 

"Avro-2016"nın seçmə mərhələsi, 8-ci tur

 

 

D qrupu

 

Şotlandiya – Almaniya - 2:3

 

Polşa -  Cəbəllütariq - 8:1

 

İrlandiya - Gürcüstan - 1:0

 

F qrupu

 

Finlandiya – Farer adaları - 1:0

 

Şimali İrlandiya - Macarıstan - 1:1

 

Rumıniya - Yunanıstan - 0:0

 

İ qrupu

 

Ermənistan –Danimarka - 0:0

 

Albaniya – Portuqaliya - 0:1

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar