AİPS-in İcraiyyə Komitəsinə azərbaycanlı namizəd irəli sürüldü
16 aprel 2013 13:25 (UTC +04:00)

AİPS-in İcraiyyə Komitəsinə azərbaycanlı namizəd irəli sürüldü

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) vitse-prezidenti Nərgiz Mahmudzadə Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) İcraiyyə Komitəsinə üzv seçilə bilər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu haqda qərar Avropa İdman Mətbuatı İttifaqının (UEPS) Rusiyanın Soçi şəhərində keçirilən iclasında qəbul olunub.

 

Toplantıda AİPS-in rəhbər vəzifələrinə Avropa ölkələrindən namizədlərin irəli sürülməsi barədə məsələ müzakirə olunub. Namizədlər arasında Mahmudzadə də var.

 

Qeyd edək ki, AİPS-in 76-cı Konqresi aprelin 19-dək davam edəcək. Açılış mərasimində Rusiyanın idman naziri Vitaliy Mutko çıxış edərək dünya idman jurnalistlərini növbəti konqres münasibətilə təbrik edib. AİPS prezidenti Canni Merlo isə təşkilatçılığa görə Rusiya dövlətinə təşəkkürünü bildirib. Digər çıxış edənlər də konqres iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib.

 

# 658
avatar

Oxşar yazılar