Ağayar Axundzadəyə təzə iş verdilər
30 dekabr 2012 18:59 (UTC +04:00)

Ağayar Axundzadəyə təzə iş verdilər

0

Cüdo üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağayar Axundzadə yeni vəzifəyə təyinat alıb. Bu haqda Lent.az-a təcrübəli mütəxəssisin özü məlumat verib.

 

O bildirib ki, Azərbaycan Cüdo Federasiyasının tərkibində yaradılan Məşqçilər Şurasında təmsil olunacaq. Lakin Axundzadə Şuranın funksiyası və özünün hansı vəzifəni tutacağı barədə danışmaqdan imtina edib: “Məşqçilər Şurasının tərkibi 2013-cü il yanvarın ortalarınadək təsdiqlənəcək. Həmin vaxt bütün məsələlərə aydınlıq gələcək”.

 

Qeyd edək ki, Ağayar Axundzadə 2012-ci il London Yay Olimpiya Oyunlarında 8 cüdoçumuzdan heç birinin medal qazana bilməməsindən sonra yığmamızın baş məşqçi postundan istefaya göndərilib. Onun avstriyalı mütəxəssis Peter Zayzenbaher əvəzləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2269

Oxşar yazılar