Afrika Millətlər Kubokunda sensasiya
07 fevral 2013 11:26 (UTC +04:00)

Afrika Millətlər Kubokunda sensasiya

Burkina-Fasonun futbol üzrə milli komandası tarixində ilk dəfə Afrika Millətlər Kubokunun finalına yüksəlib. Lent.az-ın məlumatına görə, bu ölkənin yığması yarımfinalda Qananı penaltilərlə yenib.

 

Əsas və əlavə vaxt 1:1 hesablı heç-heçə ilə nəticələnib. Penaltilər seriyasında Burkina-Faso üstün olub – 3:2. Finalda rəqib Nigeriya yığması olacaq. Bu komanda isə yarımfinalda Malini 4:1 hesabı ilə darmadağın edib və 7-ci dəfə Afrika Millətlər Kubokunun həlledici görüşündə oynamaq hüququ qazanıb. Burkina-Faso sonuncu dəfə 19 il əvvəl turnirin qalibi olmuş Nigeriya ilə fevralın 10-da üz-üzə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 993
avatar

Oxşar yazılar