AFFA yığma üzvlərini cəzalandırdı
12 fevral 2013 17:30 (UTC +04:00)

AFFA yığma üzvlərini cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, toplantıda Azərbaycan milli komandasının futbolçuları Rasim Ramaldanovla Aqil Nəbiyev də cəzalandırılıb.

 

Topaz Premyer Liqasının XIX turunda “Turan”la oyun zamanı “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

 

AZAL-la matçın 62-ci dəqiqəsində “Simurq”un futbolçusu Rasim Ramaldanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Ramaldanov 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib. Digər tərəfdən, “Simurq” İntizam Komitəsinə müraciət edərək ötən il dekabrın 20-də “Rəvan”la matç zamanı öz futbolçularına göstərilmiş sarı vərəqələrin ləğvini xahiş edib. Lakin İntizam Kodeksinə  uyğun olaraq “Simurq”un müraciəti əsassız sayılıb.

 

“Qəbələ” ilə matçın 30 və 54-cü dəqiqələrində “Qarabağ” azarkeşləri pirotexniki vasitələrdən yararlanıblar. Bu səbəbdən, Ağdam klubu 1000 manat ziyana düşüb.

 

“Sumqayıt”la oyunun 59-cu dəqiqəsində “Bakı”nın müdafiəçisi Aqil Nəbiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Nəbiyev 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.

 

“Xəzər Lənkəran”la matçda “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Bu, paytaxt klubuna 1000 manat cərimə bahasına başa gəlib. 88-ci dəqiqədə “Xəzər Lənkəran” azarkeşləri meydançaya kənar əşya atdıqları üçün klub 2000 manat cərimələnib.

 

# 657
avatar

Oxşar yazılar