Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov futzal üzrə Azərbaycan milli komandası ilə görüşüb. Lent.az-ın AFFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, baş katib milli komandaya Avropa çempionatının final mərhələsində uğurlar arzulayıb.
Xatırladaq ki, futzal üzrə millimiz Avropa çempionatının final mərhələsinin D qrupunda fevralın 3-də İtaliya, fevralın 5-də isə Çexiya yığması ilə qarşılaşacaq.
Serbiyanın paytaxtı Belqrad şəhərindəki “Belqrad Arena” idman komleksində keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.