AFFA qalmaqallı hakimi cəzalandırdı
01 mart 2013 18:50 (UTC +04:00)

AFFA qalmaqallı hakimi cəzalandırdı

AFFA Hakimlər Komitəsi futzal üzrə FİFA referisi Elçin Məmmədovu cəzalandırıb. Lent.az-ın məlumatına görə, qalmaqallı hakim Topaz Premyer Liqasının XXI turunda “Qarabağ”ın qapısına “Rəvan”ın təmiz penaltisini təyin etmədiyi üçün “ofsayd”a düşüb.

 

O, həmin oyundan sonra Azərbaycan Kubokunun ¼ final matçlarına təyinat almayıb. İndi isə Premyer Liqanın XXII turundan kənarda qalıb. Təsnifat mərhələsinin son oyunlarında bütün aparıcı hakimlərə təyinat verildiyi halda, Məmmədov məcburi istirahətə göndərilib.

 

Qeyd edək ki, verilməyən penalti epizodu zamanı hesab 2:2 olub. Uzatma dəqiqələrində “Qarabağ” qələbə topunu vurmağı bacarıb. 

 

Qarşıdakı turun hakimləri:

 

3 mart (bazar)

 

14:00. “Kəpəz” (Gəncə) – “Simurq” (Zaqatala)
Hakimlər: Anar Salmanov, Cavanşir Yusifov, Namiq Hüseynov, Tahir  Əhmədov
Bakı, “Dalğa Arena” stadionu

 

15:00. “Bakı” – “Rəvan” (Bakı)
“Bakı” klubunun təlim-məşq bazasının stadionu

 

15:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, İnqilab Məmmədov
Lənkəran şəhər mərkəzi stadionu

 

15:00. AZAL (Bakı) – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Bakı, “AZAL Arena”.

 

15:00. “Turan” (Tovuz) – “Neftçi” (Bakı)
Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Rza Məmmədov, Feyzulla Feyzullayev
Bakı, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu 

 

17:00. “Qarabağ” (Ağdam) – “İnter” (Bakı)
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Nahid Əliyev, Orxan Məmmədov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704
avatar

Oxşar yazılar